Vaqif Cavadov Azərbaycanın U-20 millisində

Bu barədə AFFA-dan bildirilib.
O, U-20-də portuqaliyalı mütəxəssis Ruy Jorjenin köməkçisi olacaq.
2020-ci ildə məşqçiliyə başlayan Cavadov “Sumqayıt”da və qısa müddət Qazaxıstanın “Turan” klubunda fəaliyyət göstərib. Məşqçiliyə “Sumqayıt”ın U-19 komandasında köməkçi kimi başlayan mütəxəssis daha sonra “Sumqayıt-2″də baş məşqçi kimi çalışıb. O, 2024/2025 mövsümünün ikinci yarısında “Sumqayıt”ın əsas komandasının baş məşqçisi olub.
Futbolçu karyerası ərzində Azərbaycanda “Qarabağ”, “Bakı”, “Keşlə” (hazırkı “Şamaxı”), “Xəzər Lənkəran”, “Qəbələ”, “Sumqayıt”, AZAL kimi klublarda çıxış etmiş Vaqif Cavadov, Niderlandda “Tvente”, Rusiyada “Volqa”, Türkiyədə “Qaziantep BB” və “Boluspor”un heyətində legioner həyatı yaşayıb. O, 2006-2014-cü illər ərzində Azərbaycan millisinin heyətində 58 oyun keçirib, 9 qol vurub.
U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FİFA U-20 dünya çempionatında çıxış edəcək. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:04


























