Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 11-i axşam və 12-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 13-dən 14-ü gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Reportyor.az
KARUSEL / ÖLKƏ
Tarix: 10-04-2026, 17:15



























