Azərbaycanda minalar insan həyatına son qoymaqda davam edir, 2020-ci il müharibəsinin sonundan bəri 4 nəfər mina qurbanı olub

"14 apreldə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) əməkdaşı Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində tank əleyhinə mina partladıqdan sonra şəhid olub. Ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk".
Bu barədə Azərbaycan Xarici İşlǝr Nazirliyi sosial media hesabındakı paylaşımında qeyd edib.
"Bu faciə minaların davamlı insan itkisini və azad edilmiş əraziləri təhlükəsiz etmək üçün çalışanların hər gün üzləşdiyi təhlükələri açıq şəkildə xatırladır.
2020-ci il müharibəsinin sonundan bəri 4 nəfər mina qurbanı olub.
Hərtərəfli mina təmizləmə səyləri üçün beynəlxalq dəstəyin artırılmasına təcili ehtiyac var".
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: 14-04-2026, 14:10



























