2020-ci il müharibəsindən bəri mina qurbanlarının sayı 369-a çatıb
2020-ci il müharibəsindən bəri Azərbaycanda mina qurbanlarının ümumi sayı 369-a yüksəlib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib.
Bildirilib ki, dünən və bu gün daha bir ANAMA əməkdaşı Ermənistanın basdırdığı mina partlayışında həlak olub, bir neçəsi isə ağır yaralanıb:
"Ermənistanın mina təhlükəsi azərbaycanlıların həyatını hələ də təhdid edir. Nəticədə 2020-ci il müharibəsindən bəri mina qurbanlarının ümumi sayı 369 nəfərə yüksəlib. Bu ölümcül təhlükə ilə mübarizə üçün beynəlxalq səylərin səfərbər edilməsi insan həyatının qorunması naminə hər zamankından daha vacibdir".
KARUSEL / ÖLKƏ
Tarix: 21-06-2024, 13:17