mobil versiya

2025-ci ilin yanvar-mart aylarında BTC ilə 6,881 milyon ton neft nəql edilib



İlin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzit neftinin həcmi 6,206 milyon ton təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 674,8 min ton və ya 9,8% azdır.

2025-ci ilin yanvar-mart aylarında BTC ilə 6,881 milyon ton neft nəql edilib.

Ümumilikdə, dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,3 faizini (5 milyon 109,6 min ton) Azərbaycanda hasil edilən neft, 17,7 faizini (1 milyon 96,4 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Reportyor.az 


KARUSEL / İQTİSADİYYAT
Tarix: 15-04-2026, 10:43