mobil versiya

Məşhur aparıcıya VƏZİFƏ VERİLDİ - FOTO



“Əziz dostlarım, 18 il çalışdığım ATV kanalından öz ərizəmlə işdən ayrıldım. Təbii ki, 18 il eyni şirkətdə çalışmaq, müxbirlikdən baş redaktor və departament rəhbəri vəzifəsinədək yüksəlmək mənə göstərilən böyük etimad idi”.

REPORTYOR.AZ
xəbər verir ki, bu sözləri ATV-nin ictimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış telejurnalist Vaqif Aydınoğlu sosial şəbəkədə yazıb.

Kanaldan ayrılan aparıcı yeni vəzifəyə təyin olunduğunu qeyd edib: “Bu müddət ərzində istər xəbər rəhbəri kimi, istərsə də 10 ildən artıq dövrdə müəllifi və aparıcısı olduğum “HəftəSonu” analitik informasiya proqramında hər zaman dövlətimin və xalqımın milli mənafeyi mənim üçün əsas prioritet olub. Bundan sonra da işlədiyim sahədən asılı olmayaraq vicdanlı vətəndaş kimi dövlət və dövlətçiliyin keşiyində olacam. İnşallah yeni iş yerim və vəzifəmlə bağlı tezliklə məlumat verəcəm”.



Məlumat üçün bildirək ki, “BakuPost” V.Aydınoğlunun bundan sonra “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin müavini kimi çalışacağı xəbərini yayıb.

KARUSEL / ÖLKƏ
Tarix: 25-04-2020, 15:25