Azərbaycan Kuboku: Bu gün 2-ci finalçı məlum olacaq

Futbol üzrə Azərbaycan Kubokunda növbəti finalçı bu gün bəlli olacaq.
Yarımfinalın ikinci cavab oyununda “Sabah” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Bu komandaların ilk duelində qalib müəyyənləşməyib – 2:2.
Qeyd edək ki, “Sabah” – “Qarabağ” cütünün qalibi finalda “Zirə”nin rəqibi olacaq. “Qartallar” ilk oyunda 2 cavabsız qolla qalib gəldiyi “Turan Tovuz”la qolsuz heç-heçə edərək finala vəsiqə qazanıb.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 22-04-2026, 11:20



























