Kabul və Bakı Əfqanıstanın Avropa ölkələrinə ixracını müzakirə edib

Əfqanıstan Standart və Keyfiyyət Təşkilatının direktoru Molla Feyzullah Təmim və Azərbaycanın İqtisadiyyat nazirinin müavini Anar Axundov Əfqanıstan məhsullarının Avropa ölkələrinə ixracının artırılması və tranzitin asanlaşdırılması da daxil olmaqla müxtəlif iqtisadi məsələləri müzakirə ediblər.
Əfqanıstan Standart və Keyfiyyət Təşkilatının (ASQA) açıqlamasında bildirilir ki, Təmim çərşənbə axşamı Azərbaycan iqtisadiyyat nazirinin müavini Axundovla görüşüb.
Görüşdə ticarət və sənaye nazirinin müavini, Əfqanıstan dövlət Neft və Qaz Şirkətinin rəhbəri və bir neçə yüksək vəzifəli Azərbaycan iqtisadi rəsmisi də iştirak edib.
Əlavə edilib ki, tərəflər Əfqanıstanın Avropa bazarlarına ixracının artırılması, tranzit tənzimləmələrinin asanlaşdırılması, Əfqanıstan Neft və Qaz Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında birbaşa ticarət əlaqələrinin gücləndirilməsi, investisiya imkanlarının araşdırılması və ikitərəfli əməkdaşlığın genişləndirilməsi daxil olmaqla əsas iqtisadi məsələləri müzakirə ediblər.
Axundov bildirib ki, Azərbaycan Əfqanıstanla müxtəlif ticarət və iqtisadi sektorlarda hərtərəfli əməkdaşlığı gücləndirməyə hazırdır.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:13


























