mobil versiya

Azərbaycan millisi Belarus yığması ilə iki yoxlama oyunu keçirəcək





Aprelin 24-dən 30-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçəcək çimərlik futbolu üzrə Azərbaycan millisi Belarus yığması ilə iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Görüşlərin aprelin 29-da və 30-da keçirilməsi nəzərdə tutulub. Hər iki oyun saat 18:00-da başlayacaq.

Yığmaya dəvət edilən oyunçuların adlarını təqdim edirik:
Qapıçılar: Elçin Qasımov, Emil Omarov;
Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.


Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:44