Məktəblərin 63 faizinin internetə qoşulmaq imkanı var, 6 şagirdə 1 kompüter düşür

"Təhsilin rəqəmsallaşması sürətlə aparılır".
Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində deyib.
O bildirib ki, məktəblərin 63 faizinin internetə qoşulmaq imkanı var, gələcəkdə bu imkan bütün məktəblərə şamil ediləcək:
“Hazırda 6 şagirdə 1 kompüter düşür. Biz bunu hər şagirdə 1 kompüter düşmək səviyyəsinə çatdırmaq istəyirik". (Apa)
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:24


























