Nazirlər telefon danışığında Azərbaycan-İran ikitərəfli əlaqələri, regionda mövcud vəziyyəti müzakirə edib

Mayın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi bu barədə məlumat yayıb.
Telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, eləcə də regionda mövcud vəziyyət müzakirə olunub.
Seyid Abbas Əraqçi İranın son sülh təşəbbüsləri və regionda müharibə vəziyyətinə son qoyulması istiqamətində mövqeyi barədə məlumat verib.
Tərəflər regionda sabitliyin və təhlükəsizliyin təmin olunması, gərginliyin azaldılması istiqamətində səylərin vacibliyini vurğulayıblar.
Telefon söhbəti zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 17:50


























