mobil versiya

Bakıda bu küçədə təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq




Bakı şəhəri, Rəşid Behbudov küçəsinin Sahib Zeynalov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində təmir işləri aparılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, təmirlə əlaqədar, mayın 8-i saat 22:00-dan mayın 9-u saat 23:00-dək qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.


Reportyor.az 



KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-05-2026, 10:55