Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.
Bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, Ağakərim Səmədzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.
O, bu təyinata qədər ədliyyə və iqtisadiyyat sahələrində fəaliyyət göstərib.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 11:00


























