mobil versiya

Rəşad İsmayılov Azərbaycanın ekologiya və təbii sərvətlər naziri təyin edilib



Rəşad Sahil oğlu İsmayılov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. 

R.İsmayılov bu təyinatadək ekologiya və təbii sərvətlər nazirinin I müavini vəzifəsində çalışırdı.

Keçmiş nazir Muxtar Babayev ötən il fevralın 5-də vəzifəsindən azad edilərək Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub. Həmin vəzifə bu günə qədər boş idi.

Reportyor.az 
MANŞET / KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 15:51