mobil versiya

Azərbaycan stolüstü tennisçiləri Özbəkistanda 4 medal qazanıb


Azərbaycan stolüstü tennisçiləri Özbəkistanın Andijan şəhərində Rafik Şiriyevin xatirəsinə həsr olunan ənənəvi turnirdə 4 medal qazanıb.

Azərbaycan Stolüstü Tennis Federasiyası xəbər verir ki, ən yaxşı nəticəni Mehin Mirzəbalayeva göstərib. 13 yaşadək idmançılar arasında bütün rəqiblərinə qalib gələn idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda uduzan Gülnur Kərimli (U-11) yarışı ikinci, Səidə Quluzadə (U-13) ilə Yağmur Məmmədli (U-15) üçüncü yerdə başa vurub.

Mayın 13-dən 16-dək Daşkənddə təşkil olunan “WTT Youth Contender” turnirində Onur Quluzadə ikinci, Cəfər Almədədli ilə Mehin Mirzəbalayeva üçüncü yeri tutumuşdu. Komanda turnirdə gənclərdən ibarət millilərin baş məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında mübarizə aparıb.


Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:17