Azərbaycanda icbari sığorta ödənişləri 21%-dən çox artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 92,213 milyon manat sığorta haqqı toplanılıb.Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,4 milyon manat və ya 32,5% azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər isə ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 milyon manat və yaxud 21,3% artaraq 53,710 milyon manata çatıb.
Beləliklə, bu ilin yanvar-aprel aylarında icbari sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 58,2 manatı müştərilərə geri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 610,216 milyon manat məbləğində sığorta haqqı toplanıb. Bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 21,7 milyon manat və ya 3,7% çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 304,353 milyon manat təşkil edib.
Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 73 milyon manat və ya 31,6% çoxdur. (Trend)
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:36


























