ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizəd kimdir?

Xəbər verildiyi kimi ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Azərbaycandakı yeni səfiri vəzifəsinə Virciniya ştatından olan Aleksandr Aldenin namizədliyini irəli sürüb.
Təyinat təsdiqlənməsi üçün Senata göndərilib.
Yeni namizəd kimdir?
Aleksandr Alden Münaqişə və sabitləşdirmə əməliyyatları üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini tutur.
O, əvvəllər Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçi müavini vəzifəsində çalışıb və ABŞ-AB münasibətlərinin gücləndirilməsi və Çinin regional təsirinə qarşı mübarizədən məsul olub. Alden həmçinin Milli Təhlükəsizlik Şurasında İnkişaf Etməkdə olan Texnologiyalar üzrə Baş Direktor və Müdafiə Siyasəti və Strategiyası Direktoru vəzifələrində çalışıb.
O, həmçinin Müharibə nazirinin Ofisində siyasət üzrə xüsusi Köməkçi vəzifəsində çalışıb.
Dövlət xidmətlərindən əlavə, Alden milli təhlüksizlik məsələləri ilə bağlı “American Affairs” jurnalının redaktoru, Milli Maraqlar Mərkəzində Baş elmi işçi və Dəniz Təhlilləri Mərkəzində layihə direktoru olub. Həmçinin Özəl konsaltinq sahəsində “Rimland Strategies Group” idarəçi direktor və “Avascent Group” da analiz meneceri vəzifələrində çalışmışdır.
Alden Cons Hopkins Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə malikdir və orada postdoktorluq tədqiqatları aparıb, beynəlxalq münasibətlər üzrə kurslar tədris edib. Cənubi İllinoys Universitetində siyasi elmlər və fəlsəfə üzrə bakalavr dərəcəsinə malikdir. İtalyan, serb, xorvat və bosniya dillərində danışır. (Azpost.az)
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 15:46


























