mobil versiya

"Qarabağ"ın rəqibi bu gün bəlli olacaq




UEFA Avropa Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsinin bu gün püşkatma mərasimi keçiriləcək.

Tədbirdə "Qarabağ"ın rəqibi də bəlli olacaq.

Yığıncaq İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında baş tutacaq. Tədbir Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Komandamızın potensial rəqibləri "Jilina", "Voyvodina", "Universtatya Kluj", "Aluminiy", "Derri Siti" və "Vestri" klublarıdır.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.

Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:30