Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "Sehirli Əllər" adlı rəsm sərgisi keçirilib

Misir Ərəb Respublikasının Azərbaycandakı
səfiri Houssam Eldine Reda Misir Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan incəsənət sərgilərinə, eləcə də mərkəzin müxtəlif bədii istedadların və mədəni yaradıcılığın dəstəklənməsi istiqamətində gördüyü işlərə böyük maraq göstərir.
Bu barədə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin yaydığı məlumatda deyilir.
Bu çərçivədə ötən gün Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "Sehirli Əllər" adlı rəsm sərgisi keçirilib. Sərgidə bir sıra rəssam xanımlar iştirak edərək müxtəlif mövzularda çəkilmiş rəsm əsərlərini nümayiş etdirib.
Canvas platformasında hazırlanmış dizayn və bədii tərtibat işlərinin təqdim olunduğu sərgidəki əsərlər iştirakçıların yaradıcılıq və dizayn bacarıqlarını əks etdirmişdir. Bununla yanaşı, müxtəlif əl işləri və sənətkarlıq nümunələrindən ibarət məhsullar da nümayiş etdirilib.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Prof. Dr. Tarek Aboul Fotouh qeyd edib ki, bu tədbirin əsas məqsədi bədii və sənətkarlıq istedadlarını dəstəkləmək, rəssamlara öz yaradıcılıqlarını nümayiş etdirmək imkanı yaratmaq və incəsənətin ifadə və yaradıcılıq vasitəsi kimi əhəmiyyətini önə çıxarmaqdır.


Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 18-06-2026, 15:56



























