Beş ayda nağd xarici valyutanın alışı satışını 311 mln. ABŞ dolları üstələyib

2026-cı ilin 5 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 311 mln. ABŞ dolları üstələyib.
Bu barədə AMB xəbər verir.
Məlumata görə, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2.8 faiz bəndi azalaraq 2026-cı ilin mayında 27%-ə enib.
Yanvar-may aylarında ölkəyə daxil olan pul baratlarının həcmi ötən ilin müvafiq dövrünə nəzərən 28.8% artaraq 560.1 mln. ABŞ dolları təşkil edib.
Valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması şəraitində Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib. Cari ilin 5 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1.2 mlrd. ABŞ dolları məbləğində və ya 10.4% artaraq 12.7 mlrd. ABŞ dollarına çatıb. (Apa)
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:31


























