mobil versiya

Mərkəzi Bankın valyuta ehtiyatları 10.5 mlrd. ABŞ dollarına yüksəlib



Profisitli xarici ticarət balansı şəraitində (9 ayda 13.9 mlrd. ABŞ dolları) ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99%-də təklif tələbi üstələyib.
Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinin azaldılması ilə bağlı yaydığı məlumatda deyilir.
"Bu səbəbdən 10 ayda Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 1247.9 mln. ABŞ dolları təşkil etməklə alışyönlü olub. Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 16.8% və ya 1.5 mlrd. ABŞ dolları artaraq 10.5 mlrd. ABŞ dollarına çatıb", - AMB-dən bildirilib.
Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9.5%-ə endirilib. Bu qərar 2 noyabr 2023-cü ildən qüvvəyə minir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-11-2023, 14:31