mobil versiya

“Neftçi” bu gün Sloveniyada sonuncu yoxlama oyununa çıxacaq



Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” sözügedən ölkədə bu gün sonuncu yoxlama oyununu keçirəcək.

Yuri Vernidubun baş məşqçisi olduğu komanda Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşacaq. Oyun saat 19:30-da Lendava stadionunda start götürəcək.

“Ağ-qaralar” daha əvvəl Serbiya təmsilçisi “Partizan”a 0:1, Rumıniyanın “ÇFR Kluj” komandasına 1:2 hesabı ilə uduzub. Bakı təmsilçisi Serbiyanın “Radniçi NİŞ” komandasını 3 cavabsız qolla üstələyib. (Komanda.az)

Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:19