İngiltərəyə qalib gələrək Argentina finala çıxdı

Futbol üzrə dünya çempionatı davam edir.
Bu gün yarımfinala yekun vurulub.
Sonuncu yarımfinal görüşündə Argentina və İngiltərə yığmaları qarşılaşıb. Atlanta stadionunda keçirilən matçda Cənubi Amerika təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
Matçda hesabı avropalılar açıblar. 55-ci dəqiqədə Entoni Qordon ingilis azarkeşləri ayağa qaldırıb. Bununla belə, geri dönüş etməyi bacaran “tanqoçular” arıdıcıl iki qol vurmağa müvəffəq olublar. 85-ci dəqiqədə Enzo Fernandes, 90+2-ci dəqiqədə isə Lautaro Martines fərqləniblər.
Argentinanın finaldakı rəqibi İspaniya seçməsi olacaq. İngiltərə isə üçüncü yer uğrunda matçda Fransa ilə üz-üzə gələcək.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 01:28


























