Təbəssüm Yarat komandası Astaranın Sım kəndində növbəti sosial yardım aksiyasını həyata keçirib

Təbəssüm Yarat komandası növbəti sosial yardım aksiyasını uğurla başa çatdırıb. Bu dəfə komandanın yolu Astara rayonunun ucqar dağ kəndi olan Sım kəndinə düşüb.

Aksiya çərçivəsində 50-yə yaxın aztəminatlı ailənin uşaqlarına ayaqqabı, oyuncaqlar, idman ləvazimatları və müxtəlif hədiyyələr təqdim olunub.

Layihənin əsas məqsədi uşaqların sevincinə şərik olmaq, onların sosial rifahına dəstək vermək və cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirmək idi.

Təbəssüm Yarat komandası bu xeyriyyə təşəbbüsünün həyata keçirilməsində dəstəyini əsirgəməyən bütün xeyirsevər insanlara səmimi təşəkkür edir. Məhz onların etimadı və dəstəyi sayəsində daha çox uşağın üzündə təbəssüm yaratmaq mümkün olub.
Təbəssüm Yarat komandası bundan sonra da ölkəmizin müxtəlif bölgələrində sosial layihələrini davam etdirərək ehtiyac sahibi ailələrə və uşaqlara dəstək göstərmək əzmindədir.Bir uşaq gülərsə, dünya gülər.



Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 09:18



























