mobil versiya

Düşənbədə Üçüncü Toji Somon Beynəlxalq Film Festivalı keçiriləcək






Üçüncü Toji Somon Beynəlxalq Film Festivalı 15-20 oktyabr tarixlərində Düşənbədə "Əsl sənətin qiymətləndirilməsi" devizi altında keçiriləcək.

Bu barədə  Tacikistan mediası xəbər verir.

Festivalın məqsədi Tacikistan milli mədəniyyətini və incəsənətini təqdim etmək, dövlət müstəqilliyi dövrünün əhəmiyyətli nailiyyətlərini təbliğ etmək və kinematoqrafiya sahəsində beynəlxalq əməkdaşlığı gücləndirməkdir.

Festivala sənəd qəbulu 15 iyunda başlayıb və 15 sentyabra qədər davam edəcək.

Milli Film Festivalı "Tacikistan Respublikası Kinematoqrafiyasının 2023-2027-ci illər üçün İnkişaf Proqramı" çərçivəsində keçirilir.


Reportyor.az 


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Dünən, 17:07