mobil versiya

Bu ölkələrdəki Azərbaycan səfirləri geri çağırılıb



Elçin Nəriman oğlu Hüseynli Azərbaycanın Hindistanda, eyni zamanda Banqladeşdə, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə E.Hüseynli Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
...


Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Qəvvam oğlu Əskərov da geri çağırılıb.

Dövlət başçısı bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Əlimirzamin Əskərov 2012-ci ilin 16 iyul tarixində bu vəzifəyə təyin edilmişdi.
...

Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycanın Qazaxıstandada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Əlimirzamin Qəvvam oğlu Əskərov Qazaxıstana səfir təyin edilib.
Qeyd edək ki, A.Atamoğlanov 2021-ci ilin 16 iyul tarixində bu vəzifəyə təyin edilmişdi.

Ə.Əskərov isə bundan əvvəl Azərbaycanın Tacikistandakı səfiri vəzifəsində çalışıb.

Reportyor.az 




KARUSEL / SİYASƏT
Tarix: Dünən, 14:29