mobil versiya

Prezident bu səfirləri geri çağırdı



Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Avstriya Respublikasında, eyni zamanda Sloveniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağrılıb. 

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. 

Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən Prezidentinin imzaladığı Sərəncamla geri çağrılıb.

Prezidentin imzaladığı digər Sərəncamla Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.

Dövlət başçısı imzaladığı Sərəncamla Kamil Tacid oğlu Xasiyevi Azərbaycan Respublikasının Serbiya Respublikasında, eyni zamanda Monteneqroda və Şimali Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb. 

Prezident imzaladığı digər Sərəncamla Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident bununla bağlı Sərəncam imzalayıb. 

Dövlət başçısının digər Sərəncamı ilə Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Reportyor.az 


KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 19:50