Pakistan və Çin səfirləri Əfqanıstanı müzakirə edib, terrorizmə qarşı mübarizədə daha sıx əməkdaşlıq barədə razılığa gəlib

Pakistanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Məhəmməd Sadiq Çinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Yue Syaoyonq ilə regional təhlükəsizlik və Əfqanıstanla bağlı son inkişaflar barədə danışıqlar apardığını bildirib.
Əfqsnıstan yerli mediası xəbər verir ki, X-də yayımlanan paylaşımda Sadiq Çin səfirini və onun nümayəndə heyətini regional təhlükəsizlik məsələləri üzrə "məhsuldar müzakirələr" adlandırdığı İslamabada dəvət etdiyini bildirib.
Sadiqin sözlərinə görə, tərəflər Əfqanıstan ərazisində fəaliyyət göstərdiyini iddia etdiyi Təhriki Taliban Pakistan (TTP) və Şərqi Türküstan İslam Hərəkatının (ETİH) yaratdığı təhdidlər barədə fikir mübadiləsi aparıblar.
O əlavə edib ki, Pakistan və Çin terror təhdidlərinə qarşı mübarizə aparmaq və regional sülh, təhlükəsizlik və sabitliyi təşviq etmək üçün ikitərəfli koordinasiyanı gücləndirmək və əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.
Görüş İslamabad və Pekinin Əfqanıstan torpağından istifadə etdiyini iddia etdikləri militant qruplarla bağlı davamlı narahatlıqları fonunda baş tutur. Əfqanıstan hakimiyyəti bu iddianı dəfələrlə təkzib edib və Əfqanıstan ərazisinin başqa heç bir ölkəyə qarşı istifadəsinə icazə vermədiklərini bildirib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:45


























