mobil versiya

Səfir: Pakistan Cammu və Kəşmir xalqına mənəvi, siyasi və diplomatik dəstəyini davam etdirəcək




Kəşmir İstismar Gününün qeyd olunmasi
05 avqust 2026-cı il


Pakistanın Azərbaycandakı səfirliyinin 5 avqust 2019-cu il tarixində Hindistan tərəfindən qanunsuz şəkildə işğal olunmuş Cammu və Kəşmir xalqı ilə həmrəyliyini ifadə etmək məqsədilə bu gün “Yum-e-İstismar” - Kəşmir İstismar Gününü qeyd edib.

Tədbir “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Daha sonra Pakistanın Baş naziri Şahbaz Şərifin və Baş nazirin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darın müraciətləri səsləndirilib.


Müraciətdə bildirilir ki, 5 avqust 2019-cu ildə Hindistan öz Konstitusiyasının 370 və 35A maddələrini ləğv edərək Cammu və Kəşmirin xüsusi statusunu aradan qaldırmış və ərazini birbaşa mərkəzi hökumətin nəzarətində olan iki ittifaq ərazisinə bölüb.

Bu birtərəfli konstitusiya tərkibli və inzibati tədbirlər mübahisəli ərazinin demoqrafik tərkibini və siyasi kimliyini dəyişdirməyə yönəlmiş, bununla da onun beynəlxalq səviyyədə tanınmış mübahisəli statusunu zəiflətmək və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində nəzərdə tutulmuş Kəşmir xalqının öz müqəddəratını təyinetmə hüququna xələl gətirmək məqsədi daşıyıb.


Tədbir zamanı Pakistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Kəşmir xalqına öz müqəddəratını təyinetmə hüququ üğrunda mübarizəsində göstərdiyi sarsılmaz mənəvi, siyasi və diplomatik dəstək bir daha vurğulanıb. 

Qeyd olunub ki, 5 avqust 2019-cu il tarixli birtərəfli tədbirlər Cammu və Kəşmirin beynəlxalq səviyyədə tanınmış mübahisəli statusunu dəyişdirməmiş və Kəşmir xalqının qətiyyətini zəiflətməyib.


Tədbir çərçivəsində Hindistan tərəfindən qanunsuz şəkildə işğal olunmuş Cammu və Kəşmir xalqının göstərdiyi cəsarət, dözümlülük və mətinlik yüksək qiymətləndirilmiş, onların uzunmüddətli məhdudiyyətlərə və çətinliklərə baxmayaraq qanuni hüquqları uğrunda mübarizəni davam etdirdiyi vurğulanıb.

Bildirililib ki, Hindistan tərəfindən qanunsuz şəkildə işğal olunmuş Cammu və Kəşmirdə insan hüquqlarının vəziyyəti ciddi narahatlıq doğurmaqda davam edir; mövcud məhdudiyyətlər Kəşmir xalqının gündəlik həyatına, əsas azadlıqlarına və gözləntilərinə təsir göstərir.


Pakistan bir daha bəyan edir ki, Cənubi Asiyada ədalətli və davamlı sülhün təmin olunması Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Kəşmir xalqının iradəsinə uyğun şəkildə sülh yolu ilə həllindən birbaşa asılıdır.


Beynəlxalq ictimaiyyət, xüsusilə Birləşmiş Millətlər Təşkilatı Hindistan tərəfindən qanunsuz şəkildə işğal olunmuş Cammu və Kəşmirdə insan hüquqları vəziyyətinin həlli və münaqişənin ədalətli və sülh yolu ilə nizama salınması istiqamətində daha fəal rol oynamağa çağırılıb.

"Qardaş Azərbaycanın Cammu və Kəşmirin Hindistan tərəfindən işğalına qarşı nümayiş etdirdiyi ardıcıl və prinsipial dəstəyini yüksək qiymətləndiririk".


Pakistan Cammu və Kəşmir xalqına mənəvi, siyasi və diplomatik dəstəyini davam etdirəcəyini və onların haqlı mövqeyini bütün müvafiq beynəlxalq platformalarda gündəmdə saxlayacağını bir daha vurğulanıb.

Tədbirin sonunda Cammu və Kəşmirdəki vəziyyəti əks etdirən fotosərgiyə baxış keçirilib.





Reportyor.az 





KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 12:49