mobil versiya

Xocalıda ANAMA əməkdaşı minatəmizləmə zamanı xəsarət alıb





Xocalı rayonunda minatəmizləmə işləri zamanı mina partlayışı baş verib.

Hadisə rayonun Daşkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, ərazidə minatəmizləmə fəaliyyəti həyata keçirən ANAMA əməkdaşının iştirakı ilə mina partlayıb. Nəticədə əməkdaş xəsarət alıb.
Yaralı tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. (Trend)

Reportyor.az 


KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 09:36