mobil versiya

Cəbrayılın Mehdili kəndində mina partlayb



Yanvarın 7-də Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina partlayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Nəriman oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Hadisə nəticəsində Məmmədov Rəşad ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.
Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.


Reportyor.az 
KARUSEL / HADİSƏ
Tarix: 7-01-2026, 15:18