Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb

Milli Məclisdəki çoxluğu, azlığı və heç bir partiyaya mənsub olmayan müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil edən üzvlər dairə seçki komissiyalarının üzvlərinin siyahısını təsdiq edib.
Bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.
MSK sədri Məzahir Pənahov bildirib ki, dairə seçki komissiyalarının fəaliyyət müddəti 5 ildir, MSK bu gün 125 DSK-nı yenidən formalaşdırmalıdır.
MSK sədri qeyd edib ki, 1125 nəfər DSK üzvünün təyin olunması rəsmiləşəcək: “Siyahı mətbuatda dərc olunacaq. 5 gün müddətində bütün DSK-larda DSK sədri və katibi seçiləcək. Bu proses gecikməməlidir”. (Apa)
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 17:09


























