Dairə seçki komissiyalarının qərarlarına dair müraciətlərə baxılması müddətinin bitmə vaxtı açıqlanıb
Dairə seçki komissiyalarının qərarlarından narazılıq ifadə edən müraciətlərə baxılması müddəti sentyabrın 11-i saat 6:00-da bitəcək.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, ATƏT-in müşahidə missiyasınin Azərbaycanda fəaliyyəti başa çatıb: "Onlarla görüş keçirildi və diqqətə çatdırıldı ki, MSK seçkilərin keçirilməsinə məsul qurumdur".
MSK sədri əlavə edib ki, əgər seçkilərin təşkili və keçirilməsi ilə bağlı hansısa təkliflər olarsa, bu, nəzərə alınacaq: "Məsələn, seçici siyahıları ilə bağlı fikirlər səsləndirilir. Biz həmişə deyirik ki, hansısa atılmalı addım varsa, deyin, edək. Şikayətlərin azlığı məsələsinə gəlincə, az qala özümüz çağırırıq ki, şikayət verin".(report)
KARUSEL / CƏMİYYƏT
Tarix: 10-09-2024, 16:43