mobil versiya

Pakistan və Türkmənistan yük və kommersiya uçuşlarını bərpa etməyə hazırdır – Səfir




"Neytral Türkmənistan" qəzetinin məlumatına görə, Pakistanın Aşqabaddakı səfiri Faryal Leqari Pakistan və Türkmənistan yaxın gələcəkdə iki ölkə arasında yük və kommersiya uçuşlarını bərpa etməyə hazır olduqlarını bildiriblər.

"Pakistan və Türkmənistan birbaşa hava əlaqəsinə əlavə olaraq avtomobil və dəmir yolu şəbəkələri vasitəsilə regional əlaqəyə diqqət yetirməklə əhəmiyyətli fayda əldə edə bilərlər. Hər iki tərəfin yaxın gələcəkdə yük və kommersiya uçuşlarını bərpa etməyə hazır olduqlarını bildirmələri məmnunluq doğurur", - deyə Leqari Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə yazdığı məqalədə yazıb.

Diplomatın sözlərinə görə, birbaşa hava əlaqəsi yalnız insanlar arasında əlaqələrin dərinləşməsinə kömək etməyəcək, həm də ikitərəfli ticarətin, eləcə də səhiyyə, təhsil və idman sahələrində əməkdaşlığın inkişafına kömək edəcək.

Leqari xatırladıb ki, Pakistan Türkmənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Onun sözlərinə görə, Türkmənistan dövlətçiliyinin formalaşması zamanı qurulan diplomatik münasibətlər o vaxtdan bəri ölkələr arasında möhkəm dostluq və davamlı dialoq üçün təməl rolunu oynayıb. Səfir qeyd edib ki, Türkmənistanın daimi neytrallıq siyasəti və Pakistanın regional təhlükəsizlik və sabitliyə sadiqliyi bir-birini tamamlayır.


Reportyor.az 


KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:31