mobil versiya

Türkmənistan XİN başçısı Şahbaz Şəriflə İslamabadda TAPI, TAP-ı müzakirə edib




İslamabadda səfərdə olan Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şəriflə görüşərək ikitərəfli münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb, onların inkişaf perspektivləri müzakirə olunub.

Reportyor.az
yerli mediaya istinadla xəbər verir ki, bu kontekstdə tərəflər Türkmənistan-Pakistan tərəfdaşlığının geniş spektrini nəzərdən keçirib, onun prioritet istiqamətlərini müəyyən edib, siyasi-diplomatik, ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə dövlətlərarası əməkdaşlığın qurulmasını davam etdirməyə hazır olduqlarını təsdiqləyib.

Hər iki dövlətin iştirakçısı olduğu irimiqyaslı və uzunmüddətli beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsi üçün birgə fəaliyyətin intensivləşdirilməsinin zəruriliyinə xüsusi diqqət yetirilib.

Türkmənistan – Əfqanıstan – Pakistan – Hindistan (TAPI) qaz kəməri, Türkmənistan – Əfqanıstan – Pakistan (TAP) marşrutu üzrə yüksək gərginlikli elektrik xətti layihələrinin praktiki həyata keçirilməsi ilə bağlı ikitərəfli sənədlərin hazırlanması üzrə işlərin yekunlaşdırılmasının aktuallığı vurğulanıb. Hazırda Türkmənistan tərəfinin Pakistanın iri şirkətləri ilə əməkdaşlıq etdiyi, o cümlədən milli Logistika Korporasiyasının (NLC) xüsusi yer tutduğu nəqliyyat-logistika sahəsində müştərək fəaliyyətin əhəmiyyəti də qeyd olunub ki, onunla tərəfdaşlıq Mərkəzi Asiya və Xəzər regionlarına çıxışı ilə Çin – Pakistan – Əfqanıstan – Türkmənistan marşrutu üzrə daşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq.

Bundan əlavə, tərəflər qarşılıqlı maraq doğuran digər əməkdaşlıq məsələlərini də müzakirə edib.

Türkmənistanın nümayəndə heyəti Şanxay Əməkdaşlıq Təşkilatının Hökumət Başçıları Şurasının növbəti iclasında fəxri qonaq qismində iştirak etmək üçün Pakistan İslam Respublikasında səfərdədir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 16-10-2024, 12:41