Türkmənistan Aİ ilə enerji sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır
Türkmənistan Avropa İttifaqı (Aİ) ilə iqtisadiyyat, ekologiya, enerji və humanitar və mədəni sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Türkmənistan Nazirlər Kabineti sədrinin müavini - xarici işlər naziri Rəşid Meredov Nazirlər Kabinetinin son iclası çərçivəsində ölkəsi ilə Aİ arasında əməkdaşlığın daha da genişləndirilməsi və əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verib”, - məlumatda bildirilir.
İQTİSADİYYAT
Tarix: 25-09-2022, 10:40