mobil versiya

Koreyanın ən mühüm bayramlarından biri olan Çusok






Ay təqvimi ilə səkkizinci ayın 15-ci günündə qeyd olunan Çusok məhsul bayramıdır. Bu gün koreyalılar ilin məhsuluna görə şükür edir, bolluğu və bərəkəti ailələri ilə bölüşürlər.

Bu barədə Koreyanın ölkəmizdəki səfirliyi sosial media səhifəsində paylaşım edib.



Paylaşımda deyilir:

Çusok Hanqavi adı ilə də tanınır. “Han” böyük, “qavi” isə payızın ortası mənasını verir. Bayram payızın ortasında, ayın tam göründüyü günə təsadüf edir.

Çusokda ailə üzvləri bir araya gəlir, əcdadlarının məzarlarını ziyarət edir və onlara ehtiram göstərirlər. Bayram süfrəsi də ailəni bir araya gətirən mühüm ənənələrdəndir.

Ailələr birlikdə sonqpyon -içlikli düyü kökələri, con -tavada bişirilən duzlu kökələr, capçe -ət və tərəvəzlə hazırlanan şəffaf əriştə, eləcə də namul -qosari, doraci kökü və ispanaq kimi bitkilərdən hazırlanan təamlar hazırlayırlar. Yeməklərin ətri və süfrə başındakı söhbətlər bayramın unudulmaz xatirələrinə çevrilir.


Çusok ənənələri arasında tam ayın işığında əl-ələ tutub mahnı oxuyaraq oynanılan dairəvi rəqs Qanqansullae və güc və bacarığın sınandığı ənənəvi Koreya güləşi şirım da var.

Tam ay bolluğun rəmzi sayılır. İnsanlar ona baxaraq ailələrinə sağlamlıq və xoşbəxtlik, əzizlərinə isə əmin-amanlıq arzulayırlar.

Bu gün hər kəs Çusoku özünəməxsus şəkildə keçirir: kimisi doğma yurduna gedib ailəsinə qovuşur, kimisi isə evdə dincəlir. Bayramın xatırlatdığı dəyər isə eynidir, məsafə nə qədər uzaq olsa da, doğmalarımızla bağlarımız yaşayır.

Çusoku qeyd edən hər kəsə bərəkətli və xoşbəxt bayram arzulayırıq!


Reportyor.az 


KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:02