mobil versiya

Övladı məktəbdə oxuyan ailələrə pul verilə bilər - TƏKLİF



Azərbaycanda deputat məktəb yaşında uşaqları olan aztəminatlı ailələrə ildə bir dəfə təhsil ehtiyaclarını ödəmək üçün müavinətin verilməsini təklif edir.


Reportyor.az Trend-ə istinadla xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə üzvü Jalə Əliyeva çıxış edib.

Onun sözlərinə görə, Azərbaycanda 5-dən çox uşağı olan qadınlara hər ay 55 manat, doğuşa görə 200 manat birdəfəlik müavinət verilir:

“Amma bu gün vətəndaş yenə də “uşaq pulu bərpa ediləcəkmi?” deyə sualla müraciət edir. Şəxsən mən düşünürəm ki, məktəb yaşında olan ailələrə birdəfəlik müavinət verilə bilər. Bəzən bir ailədə 2-3 uşaq məktəbə gedir. Avqustun sonu, sentyabrın əvvəlində belə ailələrdə müəyyən sıxıntılar olur.

Xüsusilə ilk dəfə məktəbə gedən uşağın həddindən çox qayğısı olur, məktəbin də tələbləri çox olur. Buna görə heç olmasa hər il məktəbyaşlı uşaqları olan ailələrə bir dəfə birdəfəlik-sırf məktəb ehtiyaclarını ödəmək üçün müavinət ayrılsın. Bu məsələ gələn ilin büdcə müzakirələrində ortaya atılarsa, onun həlli ölkədə sosial siyasətin inkişafəna təkan verər”.
KARUSEL / SOSİAL / İQTİSADİYYAT / CƏMİYYƏT
Tarix: 19-09-2019, 11:30