Bakıda fahişələr turisti soydu
Bakıda fahişələr turistin pulunu oğurlayıb.
Reportyor.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Nərimanov rayonu, “Atlas” oteldə qalan turist, Pakistan vətəndaşı, 1988-ci il təvəllüdlü İlyas Umer polisə şikayət edərək pulunun oğurlandığını bildirib.
O ərizəsində qeyd edib ki, Bakıda intim xidmət göstərən Rəna və Nuranə adlı iki qızla tanış olub və onlarla razılaşaraq qaldığı otelə gətirib.
İ.Umer həmin qızlarla cinsi əlaqədə olduqdan sonra hamamda duş qəbul edərkən qızlar oteldən çıxıb gediblər.
O bildirib ki, Rəna və Nuranə adı ilə tanıdığı qızlar onun cibindən 1500 dollar və 650 dirhəm pulu da oğurlayıblar.
Faktla bağlı araşdırma aparılır.
KARUSEL / HADİSƏ / SOSİAL
Tarix: 23-09-2019, 12:32