mobil versiya

Rüsvay edəcəyi ilə hədələyib 50 min aldı - Bakıda sosial şəbəkə cinayəti




Bakıda rus əsilli şəxsi şantaj edərək ondan külli miqdarda pul alıblar.

Reportyor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Qaradağ rayonu, Sahil qəsəbə sakini, 1983-cü il təvəllüdlü Aleksandr Kalinkin polisə şikayətində bildirib.

O qeyd edib ki, Elşən adlı şəxs 2018-ci ildən onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumat yayacağı ilə hədələyir. Buna görə də indiyə qədər ona 50 min manat pul verib.

Qaradağ RPİ-də araşdırma aparılır.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 10-09-2019, 10:54