mobil versiya

Toy və ad günü məclislərinin keçirilməsi ilə bağlı rəsmi açıqlama




"Toy və ad günü mərasimlərinin keçirilməsi qadağandır”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, hazırkı yoluxma sayı ilə kütləvi tədbirlərin keçirilməsinə icazə verilə bilməz:

"Hazırda ad günü, toy keçirmək qadağandır. Əgər kimsə bunu edirsə, o deməkdir ki, qaydaları pozur”.

Jurnalistlərin avtobusda yaşanan sıxlıqlaala bağlı sualına isə Ş.Mövsümov belə cavab verib:

"Əgər hansısa polis əməkdaşı deyirsə, "sıxlaşın, iki nəfər də minsin”, əlbəttə, o düz etmir”.
MANŞET / SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 19-03-2021, 17:07