mobil versiya

Xüsusi karantin rejimi yumşaldıldı - TAM SİYAHI




Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün keçirilən brifinqində xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı bir sıra qərarlarını açlıqadı.

REPORTYOR.AZ xəbər verir ki, aşağıdakı yumşaldılma tədbirlərinin görülməsinə qərar verilib.

Bunlar aşağıdakılardır:

- 31 maydan etibarən açıq havada maskasız gəzməyə icazə verilir;

- 31 maydan metro açılır, lakin metrostansiya və qatarlarda tibbi maskadan istifadə zəruridir;

- 31 maydan bölgələrarası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir;

- 10 iyundan məscidlər açılır;

- 10 iyundan iri ticarət mərkəzləri açılır;

- 10 iyundan çimərliklər açılır, ötənilki qaydalarla tənzimlənəcək;

- 10 iyundan idman zallarının fəaliyyəti bərpa edilir, lakin COVİD pasportu olan, yəni vaksinasiyadan keçmiş şəxslər üçün.

- Azərbaycanda COVİD pasportu tətbiq olunacaq.

İki doza vurulanlara vaksin sertifikatı veriləcək. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVİD pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVİD pasportu tətbiq olunacaq.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 25-05-2021, 13:27