Karantin rejimi ilə bağlı qərar verildi: Aprelin 1-dən…
Sabahdan Gürcüstanda yeni növ koronavirusla (COVİD-19) bağlı bir sıra məhdudiyyətlər ləğv edilir.
“Newsgeorgia.ge” saytına istinadən verdiyi məlumata görə, sabahdan idman zalları və fitnes mərkəzləri açılır, ali təhsil müəssisələrində və kolleclərdə tam əyani təhsilə, auditoriyalarda mühazirələr oxunmasına icazə verilir.
Məktəblərdə dərnəklər də bazar ertəsindən fəaliyyətə başlayır. Teatr, idman klubları və peşəkar ansambllar da sabahdan məşqlərə başlaya biləcək, aprelin 1-dən isə tam fəaliyyətə başlayacaqlar.
Qeyd edək ki, Gürcüstanda mərhələli şəkildə məhdudiyyətlərin qaldırılması barədə planı fevralın 24-də Baş nazir İrakli Qaribaşvili açıqlayıb.
Martın 1-dən məktəbəqədər hazırlıq kurslarının, özəl və ictimai uşaq bağçalarının fəaliyyəti bərpa edilib, martın 8-dən isə xizək turizmi obyektləri açılıb.(APA)
SON XƏBƏR / KARUSEL
Tarix: 14-03-2021, 14:33