mobil versiya

Nazir dünən general olan Raul Zeynalova yeni vəzifə verdi




Fövqəladə Hallar Nazirliyində yeni kadr təyinatı olub.

REPORTYOR.AZ-ın qaynarinfo-ya istinadən xəbərinə görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, general-mayor Raul Zeynalov FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad edilərək nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin edilib.

Qeyd edək ki, dekabrın 22-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla R.Zeynalova general-mayor ali hərbi rütbəsi verilib.


MANŞET / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 23-12-2021, 17:11