Nazirdən iki vəzifəyə YENİ TƏYİNAT
Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.
REPORTYOR.AZ-a qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə nazir, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, Yaşar Abbasov Baş idarə rəisinin müavini vəzifəsinə təyin olunub.
O, bundan əvvəl Su Ehtiyatları Dövlət Agentliyinin rəisi vəzifəsində çalışıb.
Nazirin digər əmri ilə, Hikmət Məmmədov agentliyin rəisi təyin olunub.
Məlumatı FHN-dən təsdiq ediblər.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 10-11-2021, 14:48