TƏCİLİ hazırlıqlar BAŞLANDI: Rusiyaya XİN ELAN ETDİ – “Hər an bu ölkəyə hücum edə BİLƏRİK”
Moldovanın işğal edilmiş Dnestryanı bölgəsində baş verən partlayışla bağlı Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkodan açıqlama gəlib.
KAİM.az xəbər verir ki, bölgədə baş verənlərin terror, təxribat və ya xuliqanlıq olduğunu söyləmək üçün araşdırmaların nəticəsini gözləməyə çağıran Rudenko Dnestryanıdakı vəziyyətə müdaxilə tələb edən ssenari istəmədiyini deyib.
“Aparılan araşdırmalar nəticəsində bunun arxasında qonşu bölgələrdə zorakılığı qızışdırmaq istəyən qüvvələrin dayandığının üzə çıxmasını heç istəmirik. Ümid edirik ki, araşdırma bütün lazımi parametrlər üzrə aparılacaq və cavabdeh şəxslər cəzalandırılacaq”, – rusiyalı diplomat bildirib.
Kremlin sözçüsü Dmitri Peskov da Rusiyanın Dnestryanı bölgədə narahatlıq yaradan durumu diqqətlə izlədiyini söyləyib.
Rusiya Silahlı Qüvvələri Mərkəzi Hərbi Dairəsinin komandanının müavini Rüstəm Minnekayevin bu yaxınlarda Dnestryanı ilə bağlı sözləri dərin narahatlıq doğurub: “Ukraynanın cənubuna nəzarət və rusdilli əhaliyə təzyiq reallıqları Dnestryanıya çıxış yolunu təmin edəcək”.
Dnestryanı Ukrayna-Moldova sərhədində, Moldovanın tərkibində qondarma respublikadır. Demək olar ki, bütün sakinlərinin Rusiya pasportu var.
İddiaya görə, Rusiya ordusu Ukraynanın Odessa bölgəsini işğal edərək, Moldovanın bu separatçı regionuna çıxışı təmin etməyi hədəfləyir.
MANŞET / SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 28-04-2022, 11:32