mobil versiya

Rusiya Gürcüstan qarşısında şərt qoydu




“Gürcüstanla viza rejimin ləğvi məsələsi hazırda Moskva və Tbilisi arasındakı gündəlikdə yoxdur”.

“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko RİA "Novosti”yə müsahibəsində deyib.

O, Rusiyanın bu məsələnin müzakirəsinə hazır olduğunu bildirib: “İkitərəfli münasibətlərdə ötənilki böhranın neqativ nəticələrinin aradan qaldırılmasına nə zaman nail olunsa, biz bu məsələnin müzakirəsinə qayıtmağa hazır olacağıq”.

A.Rudenko Rusiya və Gürcüstan arasında aviauçuşların bərpası məsələsinə də münasibət bildirib. XİN rəsmisinin sözlərinə görə, bu barədə Tbilisidə rusofob kapmaniyanın dayandırılması və rusiyalıların təhlükəsizliyi üçün hər hansı bir təhdidin aradan qaldırılmasından sonra danışmaq mümkün olacaq.
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 11-02-2020, 11:40