mobil versiya

Ermənilərin təxribatı nəticəsində itkilərimiz var - Rəsmi



Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.

Reportyor xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.

MANŞET / SON XƏBƏR / GÜNDƏM
Tarix: 13-09-2022, 01:18