mobil versiya

İcra başçısı 2800 dollarlıq kəmər taxır - FOTO




“124 manatlıq evdə kirayədə yaşadığını deyən icra başçısı Vilyam Hacıyev sən demə 2 800 dollarlıq "Stefano Ricci" markalı bir neçə kəmər taxırmış”. Bunu Almaniyada yaşayan “Meydan TV”nin əməkdaşı Həbib Müntəzir öz “Facebook” hesabında yazıb.



H.Müntəzir bundan əvvəl icra başçısının mal varlığı ilə bağlı faktları paylaşdığı üçün məhkəmə ilə hədələndiyini də qeyd edib: “Dekabrın 20-si İmişlinin icra başçısı olan Vilyam Hacıyev haqqında statusumdan sonra saytlar rəsmi mövqe öyrəniblər. Belə ki, guya o, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır. Və deyib ki, mən sadaladıqlarımı faktlarla göstərməsəm, hüquq-mühafizə orqanlarına və məhkəməyə kəskin şikayətini bildirəcək. Mən İlham Əliyev tərəfindən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş Vilyam müəllimi xərcə salmamaq üçün, yazdıqlarımı sübut etməyə çalışacağam və yazdıqlarımın mənbələrini göstərəcəyəm”.

H.Müntəzir Azərbaycan Mərkəzi Seçki Komisiyasının siyahısında Vilyam Hacıyev və onun oğlunun hansı ünvanda qeydiyyatdan keçməsinə aid məlumatlar qeyd edərək üç ayrı mənzili faktlarla təqdim edib:

▪️ Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 53, mənzil 4 (Hazırda qızı qeydiyyatdadır)

▪️ Bakı, Nərimanov rayonu, S. Rəhman küç, ev 45, mənzil 47 (Hazırda oğlu qeydiyyatdadır)

  • ▪️İmişli rayonu, H.Ə.Əliyev küç. ev 126 (Vilham Hacıyev özü qeydiyyatdadır)






 
H.Müntəzir bildirib ki, icra başçısı Vilham Hacıyevin Həsən Əliyev küçəsində villa, “Sahil” metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil, müxtəlif ticarət obyektləri, Dubayda biznesi var: “İcra başçısının prokurorluqda işləyən oğlu Məhəmməd Hacıyevin avtomobil kolleksiyası və Milyonerlər məhəlləsində malikanəsinin olmasının istinadı Olke.az saytıdır.  Digər bir neçə media saytı da bu barədə məlumatlar, hətta avtomobillərin fotoları ilə birlikdə paylaşıblar".

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 22-12-2019, 23:04