mobil versiya

Ölüm anında Cavidan Abdullayevin yanında olmuş məşhur xanım: “O qədər gözəl yatmışdın ki..." - FOTO



2019-cu ilin dekabrın 31-i Ukraynanın paytaxtı Kiyevdə vəfat edən azərbaycanlı gənc Cavidan Abdullayev dəfn edilib. Axşam.az-ın məlumatına görə, aktrisa Pərvin Abıyevanın sevgilisi - keçmiş polis leytenantı Murad Abdullayevin qardaşı olan Cavidanın yanında aparıcı Seyran Əliyevanın da olduğu ortaya çıxıb.

REPORTYOR.AZ axşam.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı özü məlumat verib:

"Söz tapıb yaza bilmirəm. Son üç gündür yuxu yatmırıq. Sənə bu ölüm heç yaraşmır. Sən Allahın nə qədər sevimli bəndəsisən ki, ölümün belə gözəldir. O qədər gözəl yatmışdın ki, qıyıb səni oyada bilmədim. Həyatımda sənin qədər abırlı, tərbiyyəli, namuslu oğul hələ görməmişdim. İgid oğul, Allah sənə rəhmət etsin. Mələk qəlblimiz, ölüm haqqdır, amma sənə heç yaraşmadı”.


Qeyd edək ki, S.Əliyeva bayram günü etdiyi paylaşımda Yeni ili tək keçirəcəyini yazıb, daha sonra isə onun Pərvin Abıyeva, "Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova ilə çəkilən fotosu sosial mediada paylaşılıb.



Həmin gecə P.Abıyeva, S.Hüseynova, S.Əliyeva və hər iki qardaş - Murad və Cavid Abdullayevlər Yeni ili Kiyevdə yerləşən "CHI club Kiev”də keçiriblər. Cavidan isə bayram gecəsi vəfat edib. Onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.



Onu da bildirək ki, baş verən faciədən sonra Pərvin Abıyeva və rəfiqəsi Səmra Hüseynova sosial media hesablarını bağlayıb.
Fərhad AbdullayevXatırladır ki, C.Abdullayev Konsitutsiya Məhkəməsinin sədri Fərhad Abdullayevin qardaşı oğludur.



MANŞET / SON XƏBƏR / BANNER / ÖLKƏ
Tarix: 4-01-2020, 11:21